Hidayət Orucov və Allahşükür Paşazadə Xaçmazda rayon rəhbərliyi və dindarlarla görüşüb
08 may 2007 12:46 (UTC +04:00)
Azərbaycan şimal regionunda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün Xaçmaza səfər ediblər. APA-nın şimal bürosunun məlumatına görə, onlar Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rayon İcra Hakimiyyətinin nümayəndələri və dindarlarla görüşüblər. H.Orucov ölkədəki və Xaçmazdakı dini durumla bağlı ətraflı məlumat verdikdən sonra, dini dözümlülüyün xalqımız üçün ən böyük nailiyyət sayıldığını, bəzi radikal əhval-ruhiyyəli insanların dini sabitliyə təsir imkanlarının çox zəif olduğunu vurğulayıb. Komitə sədri son vaxtlar dini icmaların qeydiyyatı ilə bağlı proseslərin sürətlə aparıldığını, bu sahədəki maneələrin aradan qaldırıldığını da söyləyib.
Hidayət Orucov və bütün Qafqazın Şeyxi Xaçmaz şəhərində yeni inşa edilən məscidə də baş çəkib, tikinti işləri ilə maraqlanıblar. /APA/
Hidayət Orucov və bütün Qafqazın Şeyxi Xaçmaz şəhərində yeni inşa edilən məscidə də baş çəkib, tikinti işləri ilə maraqlanıblar. /APA/
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024