Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun Türkiyəyə rəsmi səfəri başa çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun Türkiyəyə rəsmi səfəri başa çatıb
# 21 may 2007 15:55 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun Türkiyəyə rəsmi səfəri başa çatıb. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, səfər zamanı H. Orucov Türkiyə Diyanət İşləri Başqanı Əli Bardakoğlu ilə görüşüb. Görüşdə iki ölkə arasında din sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi, bölgədə dini sabitliyin möhkəmləndirilməsi üçün qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi, dini sahədə işbirliyinin qurulması, iki qurum arasında birgə layihələrin həyata keçirilməsi, beynəlxalq konfransların təşkil olunması, dini nəşrlərin hazırlanması müzakirə olunub. Səfər çərçivəsində, H. Orucov bir sıra dövlət qurumlarının başçıları, qeyri-hökumət təşkilatının rəhbərləri, din xadimləri ilə də görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR