Həcc ziyarəti üçün Azərbaycana 6 min yer ayrılıb

Həcc ziyarəti üçün Azərbaycana 6 min yer ayrılıb
# 22 may 2007 11:37 (UTC +04:00)
Bu il 6 min azərbaycanlı zəvvar Həcc ziyarəti həyata keçirə biləcək. Bunu Səudiyyə Ərəbistanından dünən qayıtmış Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə APA-nın sualını cavablandırarkən deyib. O bildirib ki, Azərbaycanın əhalisi 8 milyondan artıq olduğu üçün 8 mindən çox kvota ayrıla bilər. Keçən il Azərbaycana 4500 yer ayrılsa da, 4300 nəfərin Həcc ziyarətinə getdiyini xatırladan şeyxülislamın sözlərinə görə, bu il getmək istəyənlərin sayı çox olarsa, kvotanı artırmaq imkanı var. A. Paşazadə Azərbaycan zəvvarlarının Bakıdan birbaşa Mədinəyə uçması üçün Səudiyyə Ərəbistanında bir aviaşirkətlə razılıq əldə etdiyini, hətta biletlərin 25-30 faizinin haqqını ödədiklərini açıqlayıb. Zəvvarlar birbaşa Mədinəyə gedib, oradan Bakıya qayıdaraq Ciddədə ortaya çıxan çətinliklərlə üzləşməyəcəklər. Bu il zəvvarlar üçün çox yaxşı şərait yaradılacağını vurğulayan şeyxülislam bildirib ki, onun özü heç zaman bu cür şəraitdə Həcc ziyarəti həyata keçirməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR