Allahşükür Paşazadə: “David Qareci monastır kompleksinin yerləşdiyi torpaq Azərbaycanındır”

Allahşükür Paşazadə: “David Qareci monastır kompleksinin yerləşdiyi torpaq Azərbaycanındır”
# 22 may 2007 11:44 (UTC +04:00)
“Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareci monastır kompleksi ilə bağlı danışıqlarda iştirak etmir. Belə danışıqları dövlət aparır”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, torpaq Azərbaycanındır: “Bu torpaqda kilsə də, sinaqoq da, məscid də ola bilər. Vətəndaşlar öz dini ehtiyaclarını ödəmək üçün hər yerə gedə bilərlər. Ancaq bu, o demək deyil ki, onu özləri ilə götürüb aparsınlar, ya da özəlləşdirsinlər. Bu məbədlər Allaha ibadət etmək üçün tikilib, ona görə də millətindən asılı olmayaraq Allah-təala tərəfindən yaradılmış hər bir insanın öz məbədini tapıb, orada ibadət etməyə haqqı var”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR