Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna iyundan başlanacaq

Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna iyundan başlanacaq
# 23 may 2007 10:46 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən məlumat verilib. Builki Həcc ziyarətində Azərbaycana ayrılan kvota müəyyənləşsə də, ziyarətin qiyməti və zəvvarların neçəsinin avtobus, neçəsinin təyyarə ilə gedəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, QMİ-nin Xarici əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Bu vəzifəyə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyində tərcüməçi işləyən Müqəddəs Payızov gətirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR