Bundan sonra Bakı məscidlərində azanlar canlı veriləcək

Bundan sonra Bakı məscidlərində azanlar canlı veriləcək
# 23 may 2007 12:34 (UTC +04:00)
Bundan sonra Bakı məscidlərində azanlar canlı səsləndiriləcək. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakinləri dövlət qurumlarına müraciət edərək, məscidlərdə səsucaldanlarla azan verilməsindən narahat olduqlarını bildiriblər. A. Ağayev əvvəllər Bakıda yalnız “Təzə pir” və “Əjdərbəy”də azan verildiyini, bu gün isə paytaxtın az qala hər məhəlləsində məscidin olduğunu deyib: “Məscidlərdəki səsucaldanlardan şikayət edənlər, əsasən, uşaqlar, xəstə və yaşlı nəslin nümayəndələridir”. Mətbuat xidmətinin rəhbəri yaranmış vəziyyətin nəzərə alındığını və bundan sonra ibadət ocaqlarında canlı azan verilməsi barədə qərar qəbul edildiyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR