Bank Of Baku

Hidayət Orucov: “Hacı Allahşükür Paşazadənin azanın canlı verilməsi barədə qərarı olduqca sivil addımdır”

Hidayət Orucov: “Hacı Allahşükür Paşazadənin azanın canlı verilməsi barədə qərarı olduqca sivil addımdır”
# 24 may 2007 16:34 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Komitə sədrinin sözlərinə görə, uzun müddətdir ki, əhalinin müxtəlif təbəqələri dini və dövlət qurumlarına müraciət edərək, səsgücləndiricilərlə azan verilməsindən narahatlıq keçirdiklərini bildiriblər. H. Orucov vəziyyəti nəzərə alan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin olduqca sivil qərar qəbul etdiyini deyib. Onun sözlərinə görə, insanların məscidlərə getməsi, ibadət etməsi və məsciddən verilən azanı canlı eşitməsi daha məqsədəuyğundur. H. Orucov Şeyxin qərarını dini dəyərlərə hörmət kimi şərh edib: “Din müqəddəsdir. Texnika vasitəsilə yüksək səslə verilən azan yaşlı insanları, xəstələri və uşaqları yuxudan oyadıb narahat edirsə, bu kimə lazımdır? Dinin heç bir komponenti insanlara mane olmamalıdır”. Komitə sədri bəzi şəxslərin məsələnin mahiyyətinə varmadıqlarını, baş verənlərə səthi yanaşaraq bəsit şərhlər verdiklərini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR