Bank Of Baku

Azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qoyulan qadağa aradan qalxmasa, Azərbaycan İslam Partiyası etiraz aksiyalarına başlayacaq

Azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qoyulan qadağa aradan qalxmasa, Azərbaycan İslam Partiyası etiraz aksiyalarına başlayacaq
# 29 may 2007 09:54 (UTC +04:00)
“Azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qoyulan qadağa aradan qaldırılmayacağı təqdirdə, ümumrespublika etiraz aksiyalarına başlayacağıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri deyib. AİP bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadəyə müraciət edərək, problemin həllini istəyib. H. Nuri müraciətdə QMİ-nin məsələ ilə əlaqədar prezidenti məlumatlandırmasını da tələb edib: “Elmi-texniki tərəqqinin imkanlarından bütün sahələrdə istifadə olunduğu bir vaxtda, əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkədə azanın verilən zaman səsgücləndiricilərdən istifadəyə qadağa qoyulması müsəlmanların haqlı etirazına səbəb olub. Əslində, azan Azərbaycan televiziyalarında da verilməlidir. Məsələ tezliklə həll olunmasa, müsəlmanlara qarşı bu haqsızlıq adekvat addımlarla nəticələnə bilər. Dövlət hansısa məmurun məsuliyyətsiz qərarına münasibət bildirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR