Bank Of Baku

Azərbaycanda azanın səsgücləndiricilərlə verilməsi bərpa olunub

Azərbaycanda azanın səsgücləndiricilərlə verilməsi bərpa olunub
# 29 may 2007 14:20 (UTC +04:00)
Bir neçə gün əvvəl azanın səsgücləndiricilərlə verilməsinin qadağan olunması ilə bağlı məsələyə aydınlıq gətirən A. Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ona müraciət edərək, azanın canlı verilməsini təklif etdiyini bildirib. Şeyxin sözlərinə görə, hətta məsələ ilə bağlı onunla məsləhətləşmədən bəzi rayonların icra başçıları ərazilərindəki məscidlərin axundlarına azanın səsgücləndiricilərlə verilməməsi barədə tapşırıq verib: “Lakin bu qərar Azərbaycanda dindarların narazılığına səbəb oldu”. A. Paşazadə bu gün məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevlə görüşdüyünü deyib. Onun sözlərinə görə, görüşdə məlum olub ki, prezidentin bu məsələdən xəbəri yoxdur. A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, dövlət başçısı ilə görüş zamanı bəzi qaranlıq məsələlərə aydınlıq gətirildiyini də bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan məscidlərində azanın eyni vaxtda verilməsində müəyyən problemlər var. A. Paşazadə deyib ki, bundan sonra ictimai əhəmiyyətli obyektlərin, məktəblərin yerləşdiyi ərazilərdə azan mümkün qədər aşağı səslə veriləcək. Məscidlərin az olduğu yerlərdə isə səsucaldanlardan istifadə olunacaq. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR