Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri: “Şəhidlər Camisinin söküləcəyi ilə bağlı yayılmış məlumatlar həqiqətəuyğun deyil”

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri: “Şəhidlər Camisinin söküləcəyi ilə bağlı yayılmış məlumatlar həqiqətəuyğun deyil”
# 30 may 2007 09:52 (UTC +04:00)
“Şəhidlər Xiyabanında yerləşən məscidin söküləcəyi ilə bağlı xalq arasında yayılmış məlumatlar həqiqətəuyğun deyil”. Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin bildirib. Səfirliyin dini işlər üzrə müşavirliyinin də məsciddə yerləşdiyini deyən M. Şahinin sözlərinə görə, xalq arasında məscidin söküləcəyi və yerində şəhidlərin xatirəsinə abidə ucaldılacağı ilə bağlı xəbəri onlar da eşidiblər: “Bu xəbər bizdə narahatlıq yaratdı və Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşdə bunun nə qədər doğru olub-olmadığını soruşdum. Şeyx bizi əmin etdi ki, belə bir plan yoxdur”.
Şəhidlər Camisinin imamı isə APA-ya açıqlamasında bu məsələdən xəbərsiz olduğunu və həmçinin mətbuata hər hansı açıqlama vermək səlahiyyətinin olmadığını deyib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev də bu barədə məlumatsız olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR