Bank Of Baku

Rumıniyanın Konstansa şəhərində “Din və hüquq: onların insan cəmiyyətinə təsiri” adlı beynəlxalq simpozium keçirilib

Rumıniyanın Konstansa şəhərində “Din və hüquq: onların insan cəmiyyətinə təsiri” adlı beynəlxalq simpozium keçirilib
# 04 iyun 2007 09:40 (UTC +04:00)
Konstansada dinlərarası dialoqa dair simpozium keçirilib. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Rumıniyanın Konstansa şəhərində “Din və hüquq: onların insan cəmiyyətinə təsiri” adlı beynəlxalq simpozium keçirilib. Rumın pravoslav kilsəsinin Tomis arxiyepiskopluğunun binasında baş tutan tədbir Konstansadakı Üç Monoteist Dinin Araşdırılması, Dini və Hüquqi Tədqiqatı Mərkəzi tərəfindən təşkil edilib. Tomis arxiyepiskopu Teodosi simpoziumu dua ilə açaraq, üç monoteist din arasındakı ümumiliklərə nəzər yetirib və tədbirin işinə uğurlar arzu edib. Rumıniya Müsəlmanları Müftisi Yusif Murad dinlər arasındakı dözümlülüyün əhəmiyyətindən və İslam dininin Rumıniya cəmiyyətindəki rolundan danışıb. Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri Tural Rzayev isə Azərbaycanda dinin vəziyyəti, statusu, tolerantlıq, Azərbaycanda mövcud dini icmalar və məbədlər haqqında məruzə ilə çıxış edib. Daha sonra çıxış edən İsrailin Rumıniyadakı konsulu Conatan Rozensvayq, Gürcüstan səfirliyinin diplomatı Cambul Kşutaşvili, Rumıniya Hüquqşünaslar Birliyinin sədri Qavril Kuzbayan, Rumıniya Yəhudi İcmaları Federasiyasının sədri Yulian Sorin dini etiqad azadlığının müxtəlif aspektlərinə toxunublar. Beynəlxalq simpoziumun işində Moskva Xalqlar Dostluğu, Paris Katolik, Roma Şərqi Pontifikal, Roma Greqorian, Roma Fransiskan, Navarra İctimai, Bolonya, Tel-Aviv, Sofiya, Ankara, Salamanka və s. universitetlərin təmsilçiləri məruzə ilə çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR