Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
# 12 iyun 2007 10:10 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 15 iyun Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir başlanmazdan əvvəl Heydər Əliyev Komitənin binasındakı büstü önündə anılıb. Bundan sonra sədri olduğu qurumda tanınmış ictimai xadimlərin iştirakı ilə seminar-treninqlərin keçiriləcəyini bildirən H. Orucov deyib ki, bu qəbildən olan ilk tədbirin Qurtuluş Gününə həsr olunmasını məqsədəuyğun sayıblar. Komitə sədri bu günün dövlətçiliyimizin, Azərbaycan xalqının qurtulduğu gün olduğunu bildirib: “Heydər Əliyev qayıdışı ilə bizi xilas etdi, dövlətçiliyimizi təhlükələrdən qurtardı”. Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdana qədər bütün sahələrdə olduğu kimi, din sahəsində də idarə olunmazlığın hökm sürdüyünü bildirən H. Orucov deyib ki, onun hakimiyyətdə olduğu illərdə bu vəziyyət aradan qalxıb. O, Azərbaycanda həm də dini sabitliyin yaranmasında Heydər Əliyevin böyük rolunun olduğunu bildirib.
YAP sədrinin müavini Əli Əhmədov da çıxışında Qurtuluş Gününün Azərbaycan tarixində böyük rolunun olduğunu deyib: “Azərbaycanın bu günü, perspektivi birbaşa bu günlə, Heydər Əliyevin qayıdışı ilə bağlıdır. Qurtuluş günü olmasaydı Azərbaycan bugünkü Azərbaycan olmayacaqdı. Müasir Azərbaycan Heydər Əliyevin yaratdığı əsərdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR