Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işdən uzaqlaşdıran köməkçinin ittihamlarına münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işdən uzaqlaşdıran köməkçinin ittihamlarına münasibət bildirib
# 13 iyun 2007 10:41 (UTC +04:00)
“Aqil Hacıyevin işdən azad olunmasının səbəbi onun işgüzarlığının aşağı olması və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ritmik iş mühiti ilə ayaqlaşa bilməməsidir. Bununla əlaqədar, Aqil Hacıyevlə dəfələrlə söhbət aparılıb, ona ciddi iradlar tutulub və fəaliyyətində dönüş yaratması tövsiyə olunub. Aparılan söhbətlərdən nəticə çıxartmasa da, humanistik göstərilərək ona aşağı işə keçmək təklif edilib, lakin o, Dövlət Komitəsində dinamik iş mühitinə uyğunlaşa bilmədiyinə görə işdən azad olunmasını xahiş edib”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQDK) APA-ya daxil olan məlumatda Hidayət Orucovun sabiq köməkçisi Aqil Hacıyevin işdən azad olunmasının səbəbləri izah olunub. Məlumatda qeyd olunub ki, A. Hacıyevin Dövlət Komitəsinin Kollegiya iclasında azan verilərkən səsgücləndiricilərdən istifadə edilməməsi məsələsinə etiraz etməsi və buna görə də işdən azad olunması barədə KİV-də səsləndirdiyi fikirləri yalan və böhtan adlandırıb: “Üzvləri hələ təsdiq edilmədiyindən Dövlət Komitəsinin kollegiya iclasları keçirilmir. Ümumiyyətlə, sədrin yanında bu barədə heç bir müzakirə aparılmayıb. Bu cür açıqlamalar son dövrlər görülən geniş miqyaslı işlərə, həyata keçirilən səmərəli tədbirlərə kölgə salmaq, Dövlət Komitəsinin işgüzar fəaliyyətinə, nüfuzuna xələl gətirmək və dini ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR