“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi İraqın Samirə şəhərindəki Əsgəriyyə məscidində törədilən terror aktı ilə əlaqədar dəyirmi masa keçirilib

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi İraqın Samirə şəhərindəki Əsgəriyyə məscidində törədilən terror aktı ilə əlaqədar dəyirmi masa keçirilib
# 14 iyun 2007 13:13 (UTC +04:00)
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyində İraqın Samirə şəhərindəki Əsgəriyyə məscidində törədilən terror aktı ilə əlaqədar dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir iştirakçıları İraqda cərəyan edən son hadisələri müzakirə edərək, məzhəblərarası münasibətlərin belə kəskin şəkil almasını yolverilməz saydıqlarını bildiriblər. Natiqlər sözügedən hadisələri İslamın parçalanmasına yönəlmiş düşmənlərin məqsədyönlü siyasəti kimi səciyyələndiriblər. Müqəddəs məkanları insanların əqidəsinin simvolik təcəssümü kimi qiymətləndirən tədbir iştirakçıları hər bir günahsız insanın, hər bir canın müqəddəs və toxunulmaz olduğunu xüsusi olaraq vurğulayıblar. Dəyirmi masanın sonunda İslam adından sui-istifadə edən terrorçuların son cinayəti ilə bağlı bəyanat qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR