İranın tanınmış din xadimi Ayətullah Məhəmməd Fazil Lənkərani dünyasını dəyişib

İranın tanınmış din xadimi Ayətullah Məhəmməd Fazil Lənkərani dünyasını dəyişib
# 18 iyun 2007 11:14 (UTC +04:00)
Ayətullah-Üzmalardan olan M. Lənkərani İslam dini ilə bağlı 50-ə yaxın kitabın müəllifi olub və yüzlərlə din alimi yetişdirib. Ömrünün sonuna qədər Qumda yaşayan M. Lənkərani şiə-müsəlmanlarının liderlərindən sayılıb. O, İranda İslam inqilabının ilk illərində siyasi proseslərə qoşulub.
Qeyd edək ki, atası Ayətullah Fazil Lənkərani Qumun tanınmış alimlərindən olub. Məhəmməd Lənkəraninin babası isə gənc yaşlarında Azərbaycandan Quma köçüb. Bu soyad isə onların Lənkərandan olmaları ilə bağlıdır.
Onu da qeyd edək ki, Ayətullah Məhəmməd Fazil Lənkərani Məhəmməd peyğəmbəri (s.ə.s) təhqir edən yazı yazdığı üçün həbs edilən Rafiq Tağı və bu yazını dərce dən “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu barədə ölüm fətvası vermişdi./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR