Bank Of Baku

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başlanılır

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başlanılır
# 20 iyun 2007 10:54 (UTC +04:00)
Gələn həftə Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başlanılacaq. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, zəvvarların əksəriyyəti QMİ-nin, bir hissəsi isə turist şirkətlərin xətti ilə ziyarətə gedəcək. Bu il Azərbaycan zəvvarları üçün altı min nəfərlik kvota ayrılıb ki, onların da yarısının təyyarə, yarısının isə avtobuslarla Həccə gedəcəyi planlaşdırılır. Qeyd edək ki, ötən illə müqayisədə bu il Həcc ziyarətinin qiymətlərində də dəyişiklik gözlənilir. Məlumata görə, bu zəvvarların otellərdə yerləşdirilməsi ilə bağlıdır. İki nəfərlik otaqlarla, dörd və ya altı nəfərlik otaqların qiymətləri fərqli olacaq.
Xatırladaq ki, ötən il avtobusla Həcc ziyarətinin qiyməti 1350, təyyarə ilə 2200 ABŞ dolları olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR