Bank Of Baku

“İslamda gender bərabərliyi: insan hüquqları üzrə beynəlxalq sənədlər və İslam arasında uyğunluq” mövzusunda ictimai dinləmələr keçirilib

“İslamda gender bərabərliyi: insan hüquqları üzrə beynəlxalq sənədlər və İslam arasında uyğunluq” mövzusunda ictimai dinləmələr keçirilib
# 22 iyun 2007 14:36 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu ilə birgə həyata keçirdiyi “Milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində “İslamda gender bərabərliyi: insan hüquqları üzrə beynəlxalq sənədlər və İslam arasında uyğunluq” mövzusunda universitet və bir sıra rayonda ictimai dinləmələr keçirib. Gender Araşdırmalar Mərkəzinin tədqiqatçısı, ilahiyyatçı Elşad Mirinin APA-ya verdiyi məlumata görə, dinləmələr Masallı, Lənkəran, Yardımlı, Lerik, Yevlax, Gəncə və Şəmkirdə təşkil edilib. E. Miri dinləmələrdə mözu ətrafında məruzə ilə çıxış edib. Tədbirin keçirilməsindən məqsəd zorakılıq və erkən nikahların aradan qaldırılması, qadınları qorumaq məqsədi ilə insan hüquqları üzrə beynəlxalq sənədlərin yayılması və qadınların ölkənin sosial və siyasi həyatında kişilərlə bərabər iştirakına nail olmaqdır. Tədbirlərdə çoxevlilik, azyaşlıların ərə verilməsi, vətəndaş nikahı və digər məsələlərə toxunulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR