Bakı kəndlərindən 40-a qədər dindar İraqın Kərbəla və Nəcəf şəhərlərinə gedib

Bakı kəndlərindən 40-a qədər dindar İraqın Kərbəla və Nəcəf şəhərlərinə gedib
# 26 iyun 2007 09:48 (UTC +04:00)
Ziyarətçilər arasında olan Binəqədi kəndinin sakini Ziya Aslanovun APA-ya verdiyi məlumata görə, səfəri İraqın “Əl-İraq” şirkəti təşkil edib. Qafqaz Müsəlmanları İdarəsinin Kərbəla ziyarətini bərpa etmədiyini bildirən Z. Aslanov bütün sənədləşmə işlərinin “Əl-İraq” şirkəti tərəfindən hazırlandığını və İraqın Bakıdakı səfirliyindən viza alındığını bildirib. O, bu şirkətin əvvəllər də Kərbəla ziyarəti təşkil etdiyini bildirib. Z. Aslanov ziyarətçilərin ümumilikdə 9 gün İraqda qalmaq icazəsinin olduğunu deyib: “Amma biz 6 günə Kərbəla və Nəcəf ziyarətini yekunlaşdırmaq fikrindəyik”. Avtobusla ziyarətə gedənləri İranın Mehran şəhərində “Əl-İraq” şirkətinin təmsilçiləri qarşılayacaq və İraq sərhəddini keçəcəklər. Z. Aslanov ziyarətçilərin təhlükəsizliyinə təminat verildiyini, bu işin şirkət tərəfindən həyata keçirələcəyini deyib: “Biz Qafqaz Müsəlmanları İdarəsinin Kərbəla ziyarətini yenidən bərpa etməsini istəyirik. Çünki Azərbaycanın çox yerində xarici ölkələrin şirkətlərinin belə ziyarətlər təşkil etdiyini bilmirlər. Ona görə də ziyarətçilərin sayı az olur”.
Qeyd edək ki, ziyarətçilər artıq İran ərazisindədir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR