Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi Məşhəd ziyarətinin qiymətini artıracaq

Qafqaz Müsəlmanları İdarəsi Məşhəd ziyarətinin qiymətini artıracaq
# 27 iyun 2007 11:06 (UTC +04:00)
İyulun 1-dən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məşhəd ziyarətinin qiymətini 20 dollar artıracaq. Bu barədə APA-ya QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. Şöbə müdiri bildirib ki, Məşhəd ziyarətində iştirakla bağlı ödəniləcək məbləğ sürücülərin xahişi əsasında artırılır: “Sürücülər indiki qiymətlərin onları qane etmədiyini deyirlər”. M. Payızovun sözlərinə görə, bu vaxta kimi zəvvarlar Məşhəd ziyarəti üçün 140 ABŞ dolları ödəyirdilərsə, bundan sonra 160 dollar ödəməli olacaqlar. M. Payızov QMİ-nin xətti ilə hər il Azərbaycandan Məşhəd ziyarətində 1000 nəfərə qədər insanın iştirak etdiyini bildirib: “İlin əvvəlindən Məşhəd ziyarətinə 12 qrup yola salınıb ki, onların da hərəsinin tərkibində orta hesabla 25 nəfər olub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR