Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mətbuat konfransı keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mətbuat konfransı keçirib
# 29 iyun 2007 16:21 (UTC +04:00)
APA-nın məlumatına görə, komitə sədri deyib ki, quruma sədr təyin olunandan sonra din sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin olunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyllərinin qarşısının alınması məqsədilə mühüm işlər həyata keçirilib. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilib, dini qurumların fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb: “Dini icmaların dövlət qeydiyyatına alınması sürətləndirilib, əvvəlki dövrlərdən yığılıb qalan qeydiyyatla bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib. 40 dini icma dövlət qeydiyyatına alınıb ki, bu da ötən illərlə müqayisədə böyük göstəricidir”.
H. Orucov qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə tədbirlərin həyat keçirildiyini deyib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası sektorunda 350 adda dini ədəbiyyata baxılaraq dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 90 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə ekspertizaya təqdim olunan 40 adda dini ədəbiyyata baxılaraq müvafiq düzəlişlərin edilməsi, dini dözümsüzlüyü təbliğ edən fikirlərin çıxardılması və yenidən rəyə təqdim edilməsi barədə qərar qəbul edilib”. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR