Bank Of Baku

Hidayət Orucov: “Dini etiqad və vicdan azadlığı haqqında qanuna ehtiyac yoxdur”

Hidayət Orucov: “Dini etiqad və vicdan azadlığı haqqında qanuna ehtiyac yoxdur”
# 29 iyun 2007 10:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib. Onun sözlərinə görə, Azərbaycanda “Dini etiqad və vicdan azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib və onun yenidən qəbuluna ehtiyac yoxdur. H. Orucov qanun üzərində nə vaxtsa yalnız kiçik dəyişikliklərin aparıla biləcəyini mümkün sayıb. Orta məktəblərdə dini təhsilin tədris olunmasına gəlincə, komitə sədri buna zərurətin olmadığını bildirib. Onun sözlərinə görə, yeni ildən orta məktəblərdə tədris ediləcək “Həyat bilgisi” dərsliyində din haqqında bilgilər də yer verilib. H. Orucov, həmçinin Azərbaycanda qeyri-ənənəvi dini təşkilatlara qarşı müvafiq tədbirlərin görüldüyünü bildirib. Komitə sədri belə təşkilatların insanların hüquqlarını pozduğunu, sərbəst din seçiminə müdaxilə etdiyini deyib: “Azərbaycan ictimaiyyəti belə meylləri pisləyir. Bu gün ölkədə dini etiqad azadlığının təmin olunması istiqamətində işlər görülür. Azərbaycan dini sabitlik baxımından bölgədə lider ölkədir”. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR