Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda dindarların sayının artması dini etiqad şəraitinə normal şəraitin yaradılması ilə əlaqədardır”

Hidayət Orucov: “Azərbaycanda dindarların sayının artması dini etiqad şəraitinə normal şəraitin yaradılması ilə əlaqədardır”
# 29 iyun 2007 10:55 (UTC +04:00)
“Azərbaycanın dini konsepsiyası bir neçə aya hazır olacaq. Hazırda bu konsepsiyanın üzərində yekun işlər aparılır”. APA-nın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib. Komitə sədri deyib ki, konsepsiya üzərində yüksək səviyyəli ekspertlər işləyərək onu beynəlxalq standartlara uyğun bir sənəd formasında hazırlayıblar. H. Orucov, eyni zamanda son illər Azərbaycanda dindarların sayının artmasını normal hal sayıb. Komitə sədri bunu ölkədə dini etiqad azadlığına yaradılan normal şərait kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR