Bakı kəndlərinin İraqa gedən 40-dan artıq dindarı Kərbəladadır

Bakı kəndlərinin İraqa gedən 40-dan artıq dindarı Kərbəladadır
# 29 iyun 2007 15:11 (UTC +04:00)
Bakı kəndlərinin Kərbəla və Nəcəf ziyarətinə yola düşən 40-dan artıq dindarı artıq İraq ərazisindədir, onlar bu gün Kərbəlaya çatacaqlar. Bu barədə APA-ya ziyarətçilər içərisində olan Binəqədi kəndinin sakini Ziya Aslanov məlumat verib. Onun sözlərinə görə, İraq ərazisində ziyarətçiləri onlarla posta saxlayaraq sənədlərini yoxlayıb və təhlükəsizlikləri tam təmin olunub. Z. Aslanov ziyarətçilərin səhhətinin normal olduğunu və onlara səfəri təşkil edən “Əl-İraq” şirkəti və həmçinin, xidmət göstərən “Ənvərü Zəhra” şirkətinin əməkdaşlarının yardımçı olduqlarını deyib. O, 5 gün Kərbəlada, 3 gün isə Nəcəfdə qalacaqlarını vurğulayıb. Z. Aslanov ziyarətçilərin yenidən İrandan keçməklə Azərbaycana qayıdacağını qeyd edib. Azərbaycana qayıdarkən dindarlar Məşhədi də ziyarət etməyi planlaşdırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR