Bank Of Baku

Bu il Həcc ziyarətinin qiyməti avtobusla 1450 manat, təyyarə ilə 2280-4386 manat müəyyənləşdirilib

Bu il Həcc ziyarətinin qiyməti avtobusla 1450 manat, təyyarə ilə 2280-4386 manat müəyyənləşdirilib
# 03 iyul 2007 10:28 (UTC +04:00)
Onun sözlərinə görə, Həcc ziyarətində iştirak edəcək 6 min azərbaycanlı zəvvarın yarısı təyyarə, yarısı isə avtobusla yola salınacaq. Həcc ziyarəti ilə bağlı ödəniləcək məbləğə gəlincə, M. Payızov bu il həm avtobus, həm də təyyarə ilə ziyarətin qiymətinin artdığını deyib. Şöbə müdiri avtobusla ziyarətin qiymətinin 1460, təyyarə ilə isə 2280 manatdan 4386 manata kimi müəyyənləşdirildiyini bildirib. Onun sözlərinə görə, qiymət artımı otellərin şəraiti və Kəbə evinə yaxın məsafədə yerləşməsi ilə bağlıdır: “Bu il zəvvarları həm tək, həmçinin də bir neçə nəfərlik otaqlarda yerləşmək imkanı olacaq. Bundan başqa, otellərin vəziyyəti də əvvəlki illərdən fərqlənəcək. Zəvvarlar əsasan 3 və 4 ulduzlu otellərdə yerləşdiriləcək”. M. Payızov, həmçinin keçənilki qüsurların aradan qaldırılması istiqamətində ciddi addımlar atıldığını da bildirib. Onun sözlərinə görə, zəvvarların birinci qrupu iki təyyarə reysi ilə Bakı-Ciddə marşrutu üzrə dekabrın 9-da yola salınacaq. Bundan bir neçə gün əvvəl isə zəvvarlar avtobuslarla ziyarətə yola düşəcəklər. Qeyd edək ki, ötən il Həcc ziyarətinin qiyməti avtobusla 1350, təyyarə ilə 2200 ABŞ dolları olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR