Bank Of Baku

Azərbaycan Müəllif Hüquqları Agentliyi: “Küçələrdə islam barədə mənşəyi məlum olmayan və bəzi dini təriqətlərin məqsədlərinə xidmət edən kitablar satılır”

Azərbaycan Müəllif Hüquqları Agentliyi: “Küçələrdə islam barədə mənşəyi məlum olmayan və bəzi dini təriqətlərin məqsədlərinə xidmət edən kitablar satılır”
# 03 iyul 2007 13:33 (UTC +04:00)
Kitab ticarəti obyektlərində aparılan monitorinqlər zamanı məlum olub ki, İslam barədə mənşəyi məlum olmayan və yaxud müxtəlif ölkələrdə qeyri-peşəkar formada çap olunmuş, qeyri-qanuni yollarla respublikamıza gətirilən, bəzi dini təriqətlərin məqsədlərinə xidmət edən əsərlərin satışı həyata keçirilir. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Məlumata görə, monitorinqlər zamanı bu əqli mülkiyyət məhsullarının nüsxələri əlavə ekspertiza üçün Azərbaycan Müəllif Hüquqları Agentliyinin hesabına nağd pulla alınıb. Məqsəd İslam dinini yabançı ünsürlərdən qorumaq və müvafiq dini qurumlar üzrə dövlət orqanı tərəfindən yoxlanılmış ədəbiyyatın satılmasına şəraiti təmin etmək olub. Qeyd edək ki, əqli mülkiyyət bazarında monitorinq-baxışlar iki istiqamətdə audio-video kaset, CD, DVD-lərin və kitab, xəritə və bu səpgidən olan digər əqli mülkiyyət məhsullarının istehsal və yayımını həyata keçirən obyektlər üzrə təşkil edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR