Bank Of Baku

“İslamda gender bərabərliyi. İnsan hüquqları üzrə beynəlxalq sənədlər və İslam arasında uyğunluq” mövzusunda tədbir keçirilib

“İslamda gender bərabərliyi. İnsan hüquqları üzrə beynəlxalq sənədlər və İslam arasında uyğunluq” mövzusunda tədbir keçirilib
# 04 iyul 2007 15:20 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu kampaniyanın əsas məqsədi gender əsaslı zorakılıq və erkən nikahların aradan qaldırılması, qadınları qorumaq məqsədilə insan hüquqları üzrə beynəlxalq sənədlər və milli qanunvericilik haqqında bilgilərin yayılması, qadınların ölkənin sosial və siyasi həyatında kişilərlə bərabər iştirakına nail olmaqdan ibarətdir. O, İslamda qadın və kişinin hüquq bərabərliyinin göstərildiyini xüsusi vurğulayıb: “Azərbaycanda boşanma ilə bağlı vəziyyət qənaətbəxşdir. 2005-ci ildə 71643 nikah bağlanıb, 8895 boşanma faktı qeydə alınıb. 2006-cı ildə bu göstəricilər müvafiq olaraq 79443 və 7817 olub. Son illər bu sahədə vəziyyət yaxşılaşmaya doğru gedir”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov qeyd edib ki, İslama qədər qadınlar və kişilər arasında fərq qoyulurdu: “İslam bu münasibətlərə bərabərlik gətirdi. Daha sonra tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova, təhsil və gənclər və idman nazirlərinin müavinləri mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR