Bank Of Baku

İraqa getmiş Bakı sakinləri Kərbəla və Nəcəf ziyarətini başa vurublar

İraqa getmiş Bakı sakinləri Kərbəla və Nəcəf ziyarətini başa vurublar
# 04 iyul 2007 14:25 (UTC +04:00)
Kərbəla və Nəcəf ziyarətinə yola düşən Bakı kəndlərinin bir qrup dindar sakini hər iki ziyarəti başa vurublar. Bu barədə APA-ya ziyarətçilər arasında olan Binəqədi kənd sakini Ziya Aslanov məlumat verib. Onun sözlərinə görə, Nəcəf ziyarəti bu gün başa çatıb. O zəvvarların sabah Azərbaycana yola düşəcəyini və günün ikinci yarısında İran ərazisinə keçəcəklərini bildirib. Z. Aslanov zəvvarların səhhəti və təhlükəsizliyi ilə bağlı heç bir problemin yaranmadığını, havanın istiliyinin yüksək olmadığını deyib. Z. Aslanov ziyarətçilərin İran vasitəsi ilə Azərbaycana qayıdarkən bir günlük Məşhədi də ziyarət edəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR