Şeyxülislam Hacı Allahşükür Paşazadə: “Azərbaycanda vəhhabilərə yaradılan şərait başqaları üçün yaradılmır”
- Bir neçə aydır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova bölgələrə ardıcıl səfərlər edirsiniz. Bu, bölgələrdə dini cəhətdən vəziyyətin qeyri-sabit olması ilə bağlı deyil ki?
- Regionlara səfərlərimiz zamanı dindarlarla görüşüb vəziyyəti öyrənirik. Dinlərarası münasibətləri daha da yaxşılaşdırmaq istəyirik. Bu mənada yerlərdə real vəziyyəti bilmək vacibdir. Biz orada insanları dinləyir, vicdan azadlığına hansı səviyyədə riayət olunduğunu müəyyənləşdiririk. Demək olar ki, ölkənin bütün regionlarına səfər etmək fikrindəyik. Bu yaxınlarda Aran rayonlarına səfərimiz olacaq. Ümumiyyətlə, bu gün Azərbaycanda dini sahədə narahatlığa əsas ola biləcək ciddi fakt yoxdur. Sadəcə bəzi qüvvələr vəziyyəti şişirtməyə çalışır. Xüsusilə də müxalifət tam zəiflədiyini görüb, dini faktordan yararlanmaq istəyir.
- Son vaxtlar Mingəçevir şəhərində dini zəmində qarşıdurmanın yaranması haqqında məlumatlar yayılıb. Orada problem nədən ibarətdir?
- Orada məsələni siyasiləşdirmək istəyən bir qrup adam var. Mingəçevirdə bir məscid tikilib. Onlar Allahın evini iki hissəyə, sünni-şiə məscidinə bölmək istəyirlər. Orada insanlar bir yerdə namaz qılır. Bu bizim ənənəmizdir. Bu narazılıqlar siyasi motivlər üzərindədir. Ola bilsin ki, qarışıqlıq yaratmaq istəyən insanlara xaricdən kimsə təsir göstərir. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də müzakirə aparmışıq. Dövlət Komitəsi bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanda sünni-şiəliyi yox, müsəlmançılığı təbliğ etmək lazımdır.
- “Əbü-Bəkr” kimi tanınan “Cümə məscidi”ndə fəaliyyət göstərən vəhhabilər artıq həmin ərazidə çoxlu sayda dükan inşa edib ticarətlə məşğul olurlar. Məlumata görə, artıq həmin ərazidə vəhhabi qəsəbəsi yaradılır. Bütün Qafqazın Şeyxi kimi bu məsələdən xəbəriniz varmı və buna münasibətiniz necədir?
- Baş verənlərdən xəbərim var. Dini icmalara nəzarət Qafqaz Müsəlmanları İdarəsinin yox, dövlətin səlahiyyətindədir. Din dövlətdən ayrıdır. Biz öz narahatlığımızı bildirmişik, işi görən isə dövlətdir. Dövlət bu barədə düşünməlidir. Azərbaycanda onlar üçün yaradılan şərait başqaları üçün yaradılmır. Adam buna təəccüblənir. Nəyə görə onlara bu şərait yaradılır? Bakı Şəhər İcra Hakimiyyəti bu tikililərlə bağlı məsələlərin qarşısının alınmasında daha fəaldır. İnanıram ki, paytaxt meri Hacıbala Abutalıbov bu məsələnin həll edilməsinə yaxından köməklik göstərəcək.
- Bu il Həcc ziyarəti ilə bağlı qiymətlərdə artım var. Bu hansı səbəbdən baş verdi?
- Həcc ziyarəti ilə bağlı qiymətlərin qalxması təbiidir. Ola bilər ki, qiymətlər bundan sonra da qalxsın. Bu il zəvvarlarımızın qalacağı yerlərə özüm gedib baxmışam. Məsələ bundadır ki, indi bəzi ölkələrdə gömrük haqları bir neçə dəfə bahalaşıb. O cümlədən Səudiyyə Ərəbistanında da bəzi növ xidmət haqları artırılıb. Bunun da nəticəsində biz Həcc ziyarəti ilə bağlı qiymətləri artırmağa məcbur olmuşuq.
- Bir neçə gün əvvəl Bakı kəndlərindən bir qrup dindar Kərbəla və Nəcəfdə ziyarətdə olub. Qafqaz Müsəlmanları İdarəsinin bu məsələyə münasibəti necədir?
- Əvvəl bu işi biz həyata keçirmək istədik. Bunun üçün İraqın Azərbaycandakı səfirindən zəvvarların təhlükəsizliyinə təminat istədik. Lakin onlar heç bir təminat vermədilər. Belə olan halda, biz bu məsələyə qarışmadığımızı bildirdik. İnsanlar bilməlidirlər ki, heç kim onların təhlükəsizliyinə təminat vermir və bu məsələyə ehtiyatla yanaşılmalıdırlar.
- Sizin səhhətinizdə ciddi problemlərin olması haqda tez-tez mətbuatda informasiyalar yayılır...
- Ola bilsin, mənə başqa cür gücləri çatmayanlar bu cür söz-söhbəti yayırlar. Bəziləri bunu istəyirlər. Əgər ölməli idimsə, bu, 4-5 il əvvəl baş verməli idi. Ancaq gördüyünüz kimi, sağ-salamatam. Hazırda səhhətimdə heç bir problem yoxdur. Yalnız bel sütunumda yırtıq var. Artıq bu problem arxada qalıb. Bu xəstəlik də öldürücü deyil axı... İnsan istəsə də, bu xəstəlikdən ölə bilməz. İnsanın ölümü tanrının əlindədir. /APA/
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib