Bank Of Baku

Azəri Türk Qadınlar Birliyinin təşəbbüsü ilə “Dini missionerliyin Azərbaycan və digər türk dövlətlərində təhlükəsi” mövzusunda dəyirmi masa keçirilib

Azəri Türk Qadınlar Birliyinin təşəbbüsü ilə “Dini missionerliyin Azərbaycan və digər türk dövlətlərində təhlükəsi” mövzusunda dəyirmi masa keçirilib
# 13 iyul 2007 12:02 (UTC +04:00)
Azəri Türk Qadınlar Birliyinin təşəbbüsü ilə “Dini missionerliyin Azərbaycan və digər türk dövlətlərində təhlükəsi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirə ayrı-ayrı ictimai birliklərin nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri qatılıblar. Birliyin sədri Tənzilə Rüstəmxanlı illərlə Azərbaycanda sünni-şiə problemi olmadan insanların mehriban şəkildə birgə yaşadıqlarını, layin müstəqillikdən sonra ölkəyə ayaq açmış dini təriqətlərin ortaya bir sıra problemlər çıxardığını vurğulayıb. Azərbaycanın təriqət savaşı meydanına çevrildiyini deyən natiq gənclərin ayrı-ayrı evlərdə toplaşaraq ayrı-ayrı qeyri-ənənəvi islam və xristian təriqətlərinə meylləndiyini bildirib: “Bu gün Azərbaycanın böyük bir hissəsi Türkiyədən qaynaqlanan dini təriqət şəbəkəsinin əlindədir. Bu şəbəkə demək olar ki, təhsil sahəsini ələ keçirib. Onlara dəstək verən millət vəkilləri, dövlət nümayəndələri var. Bu amil Azərbaycan dövləti, Azərbaycan-Türkiyə əlaqələri üçün ciddi təhlükədir”. T. Rüstəmxanlı nurçuların 2008-ci il prezident seçkilərində öz güclərini sınamaq, 2013-cü il parlament seçkilərində isə Milli Məclisi ələ keçirmək niyyətində olduğunu bildirib. Azərbaycan Dinşünaslar Birliyinin sədri Aqil Ələsgər mövzu ətrafında məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda Fətullah Gülənin tərəfdarları, nurçulardan ayrılmış cərəyanlar böyük şəbəkə yaradıblar. A. Ələsgər F. Gülənin ermənilərlə işbirliyində olduğunu, onların təbliği ilə məşğul olduğunu iddia edib: “Bunun faktlarından biri onun erməni bəstəkar Mutyanla birgə şer təsnifi etməsidir. Onun sahibi olduğu “Zaman” qəzetində də mütəmadi olaraq ermənilər təbliğ olunur”. Azərbaycanın təhsil müəssisələri arasında ən populyarlarının F. Gülənin sahibi olduğu təhsil müəssisələri olduğunu deyən A. Ələsgər həmin məktəblərdə Azərbaycan dövlətçiliyi əlaehinə təbliğatın aparıldığını iddia edib: “Nurçuların Mustafa Sunqur qanadı nürçuların arasında qəbul olunmasa da, onlar Azərbaycanda çox güclüdürlər. Hazırda onların Azərbaycanda 71 “işıq evi” var, nəşriyyatları fəaliyyət göstərir”. A. Ələsgərin sözlərinə görə, F. Gülən Türkiyədə başladığı missiyanı tamamlayıb və indi hədəfdə Azərbaycandır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov din məsələsində ehtiyatlı olmağın vacibliyini bildirib. Onun sözlərinə görə, ölkədə gedən dini proseslər dövlətin nəzarəti altındadır və hər hansı ciddi təhlükə yoxdur. Azərbaycanda islam dinini təbliğ edənlərin olmadığını bildirən G. İsmayılov buna görə də ölkənin din sahəsində boş piştaxtanı xatırlatdığını qeyd edib: “Ona görə də hər kəs bu boş piştaxtaya öz məhsulunu qoyur”. Millət vəkili Gülər Əhmədova da dini təriqətlərin daha çox siyasətlə məşğul olduğunu bildirib: “90-cı illərdə Azərbaycanı hərbi yolla parçalamaq istəyirdilər, bu gün isə bunu ideoloji yolla həyata keçirməyə çalışırlar. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi də öz sözünü bildirməlidir”. Toplantıda millət vəkilləri Sabir Rüstəmxanlı, Fazil Qəzənfəroğlu, Pənah Hüseyn və digərləri də mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR