Bank Of Baku

Həcc ziyarətində iştirak üçün hələlik 208 nəfər sənəd verib

Həcc ziyarətində iştirak üçün hələlik 208 nəfər sənəd verib
# 18 iyul 2007 09:07 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun sözlərinə görə, Həcc ziyarətində iştirak etmək üçün sənəd verən zəvvarların 136-sı təyyarə, 72-si isə avtobusla Həccə getmək istədiyini bildirib. M. Payızov sənəd qəbulunun sentyabrın 20-ə kimi davam edəcəyini deyib. Şöbə müdiri Həcc ziyarətində iştirak edəcək 6 min azərbaycanlı zəvvarın yarısının təyyarə, yarısının isə avtobusla yola salınacağını söyləyib. Onun sözlərinə görə, zəvvarların birinci qrupu iki təyyarə reysi ilə Bakı-Ciddə marşrutu üzrə dekabrın 9-da yola salınacaq. Bundan bir neçə gün əvvəl isə zəvvarlar avtobuslarla ziyarətə yola düşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR