Bank Of Baku

“Sultanəli” məscidinin Axundu vəzifəsindən çıxarılıb

“Sultanəli” məscidinin Axundu vəzifəsindən çıxarılıb
# 20 iyul 2007 14:35 (UTC +04:00)
Bakının ən böyük ibadət ocaqlarından olan “Sultanəli” məscidinin Axundu vəzifəsindən uzaqlaşdırılıb. Məsciddən APA-ya verilən məlumata görə, Axund Mir Ənnağı Nağıyev fəaliyyətində ciddi qüsurlara yol verdiyinə görə vəzifəsindən çıxarılıb. Belə ki, ən nüfuzlu ibadət ocaqlarından sayılan “Sultanəli” məscidinə missionerlərin ayaq açdığı, onların ayırdığı maliyyə vəsaiti hesabına burada təmir işlərinin aparıldığı bildirilir. Məsciddə yol verilən nöqsanlar haqqında məlumat alan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Mir Ənnağı Nağıyevi vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə isə Hacı Hatəm Mirzəyev Axund təyin edilib. Məsələ ilə bağlı QMİ-dən APA-ya Mir Ənnağı Nağıyevin işdən səhhəti ilə əlaqədar öz ərizəsi əsasında çıxarıldığı bildirilib. İdarədən Mir Ənnağı Nağıyevin müalicəyə ehtiyacının olduğu deyilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR