Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi üçün inşa edilən binanın tikintisi başa çatmaq üzrədir

Qafqaz Müsəlmanları İdarəsi üçün inşa edilən binanın tikintisi başa çatmaq üzrədir
# 25 iyul 2007 15:36 (UTC +04:00)
“Təzə pir” məscidinin yaxınlığında Qafqaz Müsəlmanları İdarəsi üçün inşa edilən binanın tikintisi başa çatmaq üzrədir. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, tikinti işlərinə rəhbərlik edən Cavanşir Paşazadə məlumat verib. C. Paşazadə artıq QMİ-nin yerləşəcəyi binada aparılan tikinti işlərinin 70-80 faizinin görüldüyünü deyib. Onun sözlərinə görə, QMİ yeni binasına bu ilin axırı, gələn ilin əvvəlində köçəcək. C. Paşazadə ərazidə İslam Universiteti üçün inşa edilən binanın tikintisinin də yekunlaşmaq üzrə olduğunu deyib: “Bütün işlər əvvəlcədən tutulan plana uyğun həyata keçirilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR