Bank Of Baku

Azərbaycandan Həcc ziyarətində iştirak etmək üçün hələlik 311 nəfər sənəd verib

Azərbaycandan Həcc ziyarətində iştirak etmək üçün hələlik 311 nəfər sənəd verib
# 01 avqust 2007 12:34 (UTC +04:00)
Azərbaycandan Həcc ziyarətində iştirak etmək üçün bu günədək 311 nəfər sənəd verib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumata görə, sənəd verən zəvvarlardan 163-ü təyyarə, 148-i avtobusla Həccə getmək istədiyini bildirib. Həcc ziyarətində iştirak edəcək 6 min azərbaycanlı zəvvarın yarısının təyyarə, yarısının isə avtobusla yola salınması nəzərdə tutulur. Zəvvarların birinci qrupu iki təyyarə reysi ilə Bakı-Ciddə marşrutu üzrə dekabrın 9-da yola salınacaq. Bundan bir neçə gün əvvəl isə zəvvarlar avtobuslarla ziyarətə yola düşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR