Bank Of Baku

Dini İşlər üzrə Dövlət Komitəsinin yarım illik fəaliyyətinə dair konfrans keçirilib

Dini İşlər üzrə Dövlət Komitəsinin yarım illik fəaliyyətinə dair konfrans keçirilib
# 03 avqust 2007 16:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfransda çıxış edən komitə sədri Hidayət Orucov bu müddət ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi və s. istiqamətlər üzrə tədbirlər həyata keçirildiyini bildirib. O bildirib ki, ötən müddətdə dini icmaların dövlət qeydiyyatına alınması prosesi sürətləndirilib, əvvəlki rəhbərlik dövründə yığılıb qalan müraciətlər araşdırılıb, nəticədə 40 icma dövlət qeydiyyatına alınıb, bəzi sənədlər isə lazımı qaydada tərtib olunmadığı üçün geri qaytarılıb. Komitə sədrinin sözlərinə görə, ondan əvvəlki rəhbərliyin dövründə quruma qeydiyyat üçün 200-ə yaxın müraciət daxil olsa da, bunlara baxılmayıb. H. Orucov bunu qeyri-adi süründürməçilik, analoqu olmayan hal adlandırıb. Dini ədəbiyyatın idxalı və yayılması barədə də danışan H. Orucov dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 90 adda kitabın ölkəyə buraxılmasının qarşısının alındığını açıqlayıb. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR