Bank Of Baku

Şeyxülislam bu gün Özbəkistana yola düşüb

Şeyxülislam bu gün Özbəkistana yola düşüb
# 13 avqust 2007 10:58 (UTC +04:00)
Şeyxülislam Allahşükür Paşazadə bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə yola düşüb. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, A. Paşazadə idarənin Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyevlə birgə Daşkənddə 14-15 avqustda “Özbəkistanın İslam sivilizasiyasında rolu” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransın işində iştirak edəcək. Şeyxülislam konfransda Özbəkistanın islam sivilizasiyasının, İslamın inkişafına verdiyi töhfələrlə bağlı çıxış edəcək. Səfər çərçivəsində A. Paşazadənin Özbəkistan prezidenti İslam Kərimov, bir sıra dövlətlərin din xadimləri, alimləri ilə görüşləri nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR