Bank Of Baku

“Özbəkistanın islam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans başlayıb

“Özbəkistanın islam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans başlayıb
# 14 avqust 2007 10:00 (UTC +04:00)
Bu gün Daşkənd və Səmərqənd şəhərlərində “Özbəkistanın islam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda iki günlük elmi-praktik konfrans başlayıb. Konfrans İSESCO-nun Daşkəndi 2007-ci ildə islam mədəniyyətinin paytaxtı elan etməsi ilə əlaqədar təşkil olunub. Azərbaycanın Özbəkistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirə 31 ölkədən 100-dən çox alim, siyasət və din xadimi qatılıb. Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başçılıq edir. Bu gün toplantıda A. Paşazadənin çıxışı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR