Bank Of Baku

Allahşükür Paşazadə “Özbəkistanın İslam dünyasında rolu” mövzusunda keçirilən beynəlxalq elmi-hüquqi konfransda çıxış edib

Allahşükür Paşazadə “Özbəkistanın İslam dünyasında rolu” mövzusunda keçirilən beynəlxalq elmi-hüquqi konfransda çıxış edib
# 14 avqust 2007 14:30 (UTC +04:00)
Qafqaz Müsəlmanları idarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Özbəkistanın İslam dünyasında rolu” mövzusunda keçirilən beynəlxalq elmi-hüquqi konfransda çıxış edib. Azərbaycanın Özbəkistandakı səfirliyindən APA-ya bildiriblər ki, A. Paşazadə çıxışında xristian və müsəlman dünyaları arasında dialoq məsələsinə toxunaraq, onların əməkdaşlığının vacibliyini vurğulayıb. O, Azərbaycanın bu məsələdə yaxşı nümunə olduğunu deyərək, ölkəmizdə tolerantlığın həmişə nəzərə alındığını bildirib. A. Paşazadə konfrans iştirakçılarını Azərbaycanda İslamın inkişafının əsas aspektləri ilə də tanış edib. Konfransda İmam Buxari Respublika Elmi-Maarifləndirici Mərkəzinin direktoru Z. Münəvvərovun “Özbəkistan İslam sivilizasiyasının mühüm mərkəzidir” mövzusunda məruzəsi dinlənilib. Tədbir çərçivəsində özbək, ərəb, rus və ingilis dillərində nəşr olunmuş “Daşkənd islam sivilizasiyasının incisi” adlı fotoalbomun təqdimat mərasimi də keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR