Bank Of Baku

Zaqatalada “Din, dövlət və cəmiyyət” mövzusunda seminar-treninq keçirilib

Zaqatalada “Din, dövlət və cəmiyyət” mövzusunda seminar-treninq keçirilib
# 15 avqust 2007 15:30 (UTC +04:00)
Bu gün Zaqatalada “Din, dövlət və cəmiyyət” mövzusunda seminar-treninq keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Zaqatalanın dini icma rəhbərlərinin, kənd və şəhər bələdiyyə sədrləri və icra nümayəndələrinin iştirakı ilə keçən seminar-treninqə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov da iştirak edib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Ramazan Məmmədov Əliabad kəndində baptist, Muxax, Əlibayramlı, Yuxarı Tala və Muğanlı kəndlərində isə vəhhabi təriqətlərinə meylin artdığını, lakin missionerliyə qarşı dövlət səviyyəsində mübarizə aparıldığını bildirib. O, vəhhabiliyi yaymaqla məşğul olan qüvvələrə “Əbubəkr” məscidindən dəstək verildiyini deyib. Bölgə qazisi Hacı İbrahim Əfəndi və dini komitənin bölgə üzrə nümayəndəsi Nizami Məmmədov rayon sakinlərini dini məsələlərdə həssas olmağa, vəhhabiliyi yaymağa çalışan şəxslərə qarşı birgə mübarizə aparmağa çağırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə çıxışında dövlətin dindən ayrı olduğunu, lakin dinlərin dövlətdən ayrı olmadığını söyləyib. O, hökumətin hər hansı vasitə ilə ölkədə din pərdəsi altında təxribatla məşğul olan qüvvələrə qarşı mübarizə aparacağını bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR