Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sabirabadda seminar-treninq keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sabirabadda seminar-treninq keçirib
# 17 avqust 2007 12:50 (UTC +04:00)
Bu gün Sabirabadda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda seminar-treninq keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədəlov məruzə ilə çıxış edib. Sonra rayonun dindarları və digər şəxslər məruzə ətrafında çıxışlar ediblər. Bir gün əvvəl komitə üzvləri analoji tədbiri Əli Bayramlı şəhərində də keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR