Bank Of Baku

Bu günə kimi 641 nəfər Həcc ziyarətində iştirak etmək üçün sənəd verib

Bu günə kimi 641 nəfər Həcc ziyarətində iştirak etmək üçün sənəd verib
# 22 avqust 2007 11:24 (UTC +04:00)
Bu günə kimi 641 nəfər Həcc ziyarətində iştirak etmək üçün sənəd verib. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. Onun sözlərinə görə, sənəd verən zəvvarlardan 315-i təyyarə, 326-sı isə avtobusla Həccə getmək istədiyini bildirib. Həcc ziyarətində iştirak edəcək 6 min azərbaycanlı zəvvarın yarısı təyyarə, yarısı isə avtobusla yola salınacaq. Zəvvarların birinci qrupu iki təyyarə reysi ilə Bakı-Ciddə marşrutu üzrə dekabrın 9-da yola salınacaq. Bundan bir neçə gün əvvəl isə zəvvarlar avtobuslarla ziyarətə yola düşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR