Bank Of Baku

Şəkidə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib

Şəkidə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib
# 27 avqust 2007 15:18 (UTC +04:00)
Bu gün Şəkidə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən (İH) məlumat verilib. Bölgə qazisi Hacı Səlim Səfərovun və rayonda olan dini icmaların rəhbərlərinin iştirakı ilə keçirilən seminar-treninqə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQDK) şöbə müdiri Gündüz İsmayılov da qatılıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov Şəkidə fəaliyyət göstərən dini icmalar barədə məlumat verib. O, rayonda bəzi dini cərəyanların - vəhhabilik və nurçuluğun gizli yollarla yayıldığını söyləsə də, bu cərəyanlara əhali arasında meyllərin az olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən bölgə qazisi H. S. Səfərov və DQDK-nin şöbə müdiri G. İsmayılov Şəki əhalisini dini məsələlərdə həssas olmağa və dini cərəyanların rayon ərazisində yayılmasının qarşısını hamılıqla almağa çağırıb. DQDK-nin şöbə müdiri G. İsmayılov isə ölkədə bütün dinlərə eyni münasibət göstərildiyini, dövlətin dindən ayrı olduğunu, lakin dinlərin dövlətdən ayrı olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR