Bank Of Baku

Xanlardakı alman kilsəsinin dam örtüyünün bərpasına başlanıb

Xanlardakı alman kilsəsinin dam örtüyünün bərpasına başlanıb
# 28 avqust 2007 12:23 (UTC +04:00)
Xanlarda 1854-cü ildə inşa olunan alman kilsəsinin təmirinə başlanıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov məlumat verib. Bu günlərdə Xanlara gedərək bərpa işləri ilə tanış olan R. Bayramov heç bir problem olmadığını bildirib: “Hazırda qədim alman kilsəsinin dam örtüyü bərpa edilir. Abidənin görkəminə xələl gətirmədən onun damına keramik örtük çəkilməsi nəzərdə tutulub”. Təmir-bərpa işlərinin keyfiyyətinin qənaətbəxş olduğunu söyləyən Mədəniyyət Nazirliyinin sözçüsü konservasiya işlərinin alman şirkəti tərəfindən aparıldığını qeyd edib.
Xatırladaq ki, Xanlar rayon Tarix Diyarşünaslıq Muzeyinin yerləşdiyi alman Lüteran kilsəsi Almaniya hökumətinin ayırdığı maliyyə vəsaiti hesabına bərpa olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR