Bank Of Baku

Hacı Allahşükür Paşazadə: “Azərbaycanda xristianlığın ikinci din kimi qəbul edilməsi mümkün deyil”

Hacı Allahşükür Paşazadə: “Azərbaycanda xristianlığın ikinci din kimi qəbul edilməsi mümkün deyil”
# 28 avqust 2007 12:43 (UTC +04:00)
Sonra jurnalistlərə açıqlama verən QMİ sədri bildirib ki, rəhbərlik etdiyi qurumun strukturunda bir sıra dəyişiklik gözlənilir. Onun sözlərinə görə, bu vaxta qədər QMİ yalnız 18 məscidlə işləyib, bundan sonra isə 2 minədək məscidlə işləməli olacaq. Buna görə də QMİ üçün böyük idarənin lazım olduğunu bildirən A. Paşazadə aparılan yenidənqurma işlərinin də məhz idarədəki dəyişikliklə bağlı olduğunu vurğulayıb: “Fəaliyyətimiz üçün bizə böyük idarə lazımdır. Həmçinin, bu idarədə işləmək üçün çoxlu kadra ehtiyac var”. Şeyx Azərbaycandakı dini vəziyyət barədə də danışıb və ölkədə tolerantlığın olduğunu vurğulayıb. Qarabağ problemi ilə bağlı bu günlərdə keçirilmiş dəyirmi masada səslənmiş “Qarabağ probleminin həlli üçün Azərbaycanın xristian ölkəsinə çevrilməsinə ehtiyac var” fikrinə münasibət bildirən A. Paşazadə bunun xırda məsələ olduğunu deyib: “Azərbaycan müsəlman ölkəsidir və xristianlığın ikinci din kimi qəbul edilməsi mümkün deyil. Müsəlman ölkəsi olduğumuz üçün bizi istəməyənlər çoxdur. Sovet hökumətindən qalan tör-töküntülər, allahsızlar belə fikirlər işlədirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR