Bank Of Baku

Bütün Qafqazın Şeyxi İordaniyaya səfər edəcək

Bütün Qafqazın Şeyxi İordaniyaya səfər edəcək
# 31 avqust 2007 12:14 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 2-də İordaniya Haşimilər Məmləkətinin paytaxtı Əmman şəhərinə yola düşəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Əmmanda sentyabrın 4-7-də “Qurani-Kərimdə məhəbbət” mövzusunda beynəlxalq konfrans keçiriləcək. A. Paşazadə bu tədbirə həm Qafqaz müsəlmanlarının ali dini lideri, həm də Kral Akademiyasının həqiqi üzvü kimi dəvət edilib. Konfransın mövzusu Qurani-Kərimdə mərhəmət, ülfət kimi dəyərlərin, xeyirxahlıq və savab əməllərə çağırışlardır. A. Paşazadə konfransda “Qurani Kərimdə “məhəbbət” məfhumunun əxlaqi məzmunu” mövzusunda məruzə edəcək. Səfər zamanı QMİ sədrinin İordaniya kralı II Abdulla tərəfindən qəbulu nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR