Bank Of Baku

Rusiya baş nazirinin müavini Sergey Narışkin şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb

Rusiya baş nazirinin müavini Sergey Narışkin şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb
# 01 sentyabr 2007 13:09 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Bakı və Xəzəryanı pravoslavların yepiskopu Aleksandr Vladıko, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov və Azərbaycan Avropa yəhudiləri dini icmasının başçısı Gennadi Zelmanoviç də iştirak edib. A. Paşazadə çıxışında Azərbaycandakı bütün dini icmaların dostluq şəraitində, vahid ailə kimi yaşadıqlarını bildirib. O, Moskva və bütün Rusiyanın patriarxının Azərbaycana səfərini də xatırladaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Şeyxülislam çıxışının sonunda S. Narışkinə xalça hədiyyə edib. Qonaq da öz növbəsində Rusiyada pravoslav, islam, iudaizm və buddizmə etiqad edənlərin bir arada, sülh şəraitində yaşadıqlarına diqqət çəkib. S. Narışkin terrorçuluğa qarşı mübarizədə Azərbaycan və Rusiyanın əməkdaşlığını xüsusi qeyd edib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR