Bank Of Baku

Azərbaycanlı islamşünas alim Rusiya Müftilər Şurasının medalı ilə təltif olunub

Azərbaycanlı islamşünas alim Rusiya Müftilər Şurasının medalı ilə təltif olunub
# 07 sentyabr 2007 13:52 (UTC +04:00)
Moskvada XX Beynəlxalq Kitab Yarmarkası çərçivəsində “Rusiyada İslam kitabı” adlı layihənin ilkin nəticələrinin təqdimat mərasimi keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, tədbirdə Rusiya Müftilər Şurasının sədr müavini, İslam Təhsili Şurasının sədri Marat Murtazin, Dövlət Dumasının deputatı, Rusiya-İslam Dünyası Strateji Araşdırmalar Mərkəzinin prezidenti Şamil Sultanov və yaradıcı ziyalıların nümayəndələri iştirak edib.
Tədbirdə Qurani-Kərimi rus dilinə tərcümə etmiş həmvətənimiz, Qafqaz Strateji Araşdırmalar İnstitutunun qeomədəniyyət şöbəsinin direktoru, islamşünas alim Elmir Quliyev Rusiya Müftilər Şurası tərəfindən “Mənəvi birlik naminə” medalı ilə təltif edilib. Azərbaycanlı alimin İslam ictimai və dini fikrin inkişafına böyük töhfə verdiyini vurğulayan M. Murtazin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün İslam araşdırmalarının genişləndirilməsinin zəruriliyini qeyd edib. Öz növbəsində E. Quliyev elmi fəaliyyətində ona dəstək olan hər kəsə minnətdarlığını bildirib. Onun sözlərinə görə, müqəddəs Quran sivilizasiyaların dağıntıları üzərində deyil, planetimizin rəngarəng mədəni palitrasını qoruyub saxlamaqla dünyanı daha xeyirxah etmək, məhəbbət və qarşılıq hörmət əsasında insanları birləşdirmək məqsədilə nazil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR