Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadəyə İordaniyanın I dərəcəli “Kral Hüseyn” ordeni təqdim edilib

Şeyxülislam Allahşükür Paşazadəyə İordaniyanın I dərəcəli “Kral Hüseyn” ordeni təqdim edilib
# 10 sentyabr 2007 13:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün mətbuat konfransı keçirən şeyxülislam bildirib ki, tədbirə 70-dən artıq ölkənin ən görkəmli ilahiyyatçı alimləri qatılıb. A. Paşazadə kral II Abdullanın adından ona İordaniyanın ali dövlət mükafatı I dərəcəli “Kral Hüseyn” ordeni təqdim edildiyini deyib: “Bu ali mükafata islami dəyərləri yaymaq sahəsində xüsusi xidmətlərimə və “Əl əl-Beyt” müəssisəsinin işindəki səmərəli fəaliyyətimə görə layiq görülmüşəm. Həmin gün İordaniya kralı II Abdulla məni öz iqamətgahında qəbul etdi və şəxsən təbrik etdi. Kral II Abdulla Dağlıq Qarabağ problemi ilə bağlı ölkəsinin dəstəyini bir daha vurğuladı və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırdı”. QMİ sədri sentyabrın 6-da konfransın yekun bəyannamənin qəbulu ilə işini tamamladığını bildirib: “Yekun sənədin əsas müddəaları islam ümmətinin birliyi, dinlərarası dialoq və əməkdaşlıq, qardaş İraqdakı qırğınlara son qoyulması, əcnəbi orduların bu ölkədən çıxarılması, habelə İslam ölkələrindəki mövcud problem və münaqişələrin dinc yolla həlli məsələlərindən ibarətdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR