Bank Of Baku

Allahşükür Paşazadə: “Alim və dindarlarımız orucluğun vaxtının müəyyənləşdirilməsi ilə bağlı müzakirə aparıb, konkret nəticəyə gəliblər”

Allahşükür Paşazadə: “Alim və dindarlarımız orucluğun vaxtının müəyyənləşdirilməsi ilə bağlı müzakirə aparıb, konkret nəticəyə gəliblər”
# 10 sentyabr 2007 14:09 (UTC +04:00)
“Orucluqla bağlı hər kəs başqa ölkələrdən - Türkiyədən, İrandan cədvəl gətirə bilər. Amma Azərbaycan müstəqil dövlətdir və bu ölkədə orucluğun nə vaxt başlayıb, nə vaxt qurtaracağı ilə bağlı cədvəl var”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. QMİ sədri bildirib ki, Azərbaycanda alim və dindarlar Ramazan ayının vaxtının müəyyən edilməsi ilə bağlı müzakirə aparıb və konkret nəticəyə gəliblər. Şeyxülislam bu vaxta qədər azanın fərqli vaxtlarda verildiyini xatırladaraq bunun da müəyyən mübahisələrə yol açdığını deyib. Onun sözlərinə görə, bundan sonra azan konkret bir vaxtda veriləcək ki, bu da ölkədə sünni-şiə probleminin olmadığını göstərən bir nümunədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR