Bank Of Baku

Hidayət Orucov Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndələrini qəbul edib

Hidayət Orucov Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndələrini qəbul edib
# 11 sentyabr 2007 09:58 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndələrini qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, Hidayət Orucov görüşdə bildirib ki, “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası Azərbaycanda ardıcıl həyata keçirilir, ölkəmizdə milli, dini azlıqların müdafiəsi kifayət qədər təmin olunur, milli azlıqların qorunması, onların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin qorunması siyasəti bu gün də davamlı olaraq həyata keçirilir: “Bu gün Azərbaycanda heç bir vətəndaşın milli və dini azlıq olaraq hüququna toxunulmur. Azərbaycan qanunvericiliyində dini və milli azlıqların hüquqlarının qorunması, onların milli və mədəni irslərinin qorunması və öyrənilməsinə əsas yaradan kifayət qədər müddəalar var”. Qonaqlar milli və dini azlıqların qorunması sahəsində Azərbaycan gerçəkliklərini yüksək qiymətləndirdiklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR