Bank Of Baku

Hacı Allahşükür Paşazadə: “İranla Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm”

Hacı Allahşükür Paşazadə: “İranla Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm”
# 12 sentyabr 2007 10:27 (UTC +04:00)
Bakıda səfərdə olan İran-Azərbaycan Dostluq Qrupunun icraçı direktoru, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzai Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. QMİ-dən APA-ya daxil olan məlumata görə, görüşdə İranla Azərbaycan arasında dini, elmi və təhsil sahələrində mövcud olan münasibətlər ətrafında müzakirələr aparılıb. Ə. Qəzai İran-Azərbaycan Dostluq Qrupunun qeyri-hökumət təşkilatı kimi iki ölkənin münasibətlərinin inkişafına töhfə verəcəyinə inandığını deyib. A. Paşazadə İranla Azərbaycan arasında dostluq əlaqələrinin hazırkı səviyyəsindən razı olduğunu, bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR